"Uşaqları Qarabağa döyüşməyə buraxmayın" - Erməni mayor öz xalqına müraciət etdi (VİDEO)

Azərbaycan ordusuna təslim olmuş erməni zabit Ermənistan xalqına müraciət edib. SİA-nın məlumatına görə, ehtiyatda olan milis mayoru Edik Tonoyan 2018-ci ildə təqaüdə çıxıb.

O, iki il ərzində Rusiyaya qazanc üçün getdiyini deyib: “2020-ci ildə mən koronavirusla əlaqədar Rusiyaya gedə bilmədim. Ermənistanda qalıb tikinti ilə məşğul oldum. Sentyabrın 27-də Azərbaycanla müharibə başlayanda məni oğlumla birgə tikintidən hərbi komissarlığa apardılar. Hərbi komissarlıqda razılaşdıq ki, oğlumun əvəzinə məni hərbi xidmətə göndərəcəklər və mən Ermənistan ərazisində xidmət edəcəyəm. Mən Qarabağa getmək istəmirdim, çünki bu, bizim torpaq deyil. Dedim ki, əgər zərurət yaranarsa Ermənistana görə döyüşməyə hazıram, Qarabağa görə yox”.

Bütün xəbərlər Facebook səhifəmizdə