Elmin səmimiliyinə niyə inanmıram? - KÜNCDƏN BAXIŞ

Elçin Bayramlı

Tez-tez mətbuatda ziddiyyətli informasiyalarla qarşılaşırıq. Filan şey insana xeyirlidir, filan şey zərərlidir, alimlər sübut ediblər... qəbilindən antipod məlumatların sayı-hesabı bilinmir. Hansısa mərkəzlərdən məqsədli məlumatlar yayılır və bizim media da ya bilərəkdən, ya da bilməyərəkdən bunu yayıb qlobal quldur dəstəsinin dəyirmanına su tökürlər.

Təsəvvür edin- bizim qəzetlərin birində belə bir informasiya gedir- “Sən demə, şokalad insan sağlamlığının ən yaxın dostu imiş, alimlər sübut ediblər ki, hər gün 2-3 dəfə şokalad yeyən adam daim şən əhvalda olur, qan dövranı yaxşı işləyir, əsəbiləşmir, həzm prosesi normal gedir...”

İnsanların yaralı yerindən yapışıblar. Ay qardaş, ay bacı, hansı ölkənin, hansı alimlər, hansı institut, hansı elmi mərkəz, mənbə haradır, nə vaxt sübut olunub... cavab yoxdur. Oxucu sayı xatirinə və ya qonorar xatirinə informasiya.

Azacıq ağıllı adama aydındır ki, bu kimi xəbərlər məqsədli şəkildə bəzi şirkətlər tərəfindən ortaya atılır, amma bizim mətbuatda diletantlar üstünlük təşkil etdiyindən mahiyyətinə varmırlar. Lakin ədalət naminə deyək ki, bəziləri hərif deyil, məqsədli şəkildə belə məlumatları yayır. Məhz bu üzdən bizim bir özəl televiyada əvvəl deyirlər ki, “alimlər sübut ediblər ki, ana südü zərərli imiş”, ardınca da deyilir, “alimlərin son araşdırmalarına görə, alkoqollu içkilər insana xeyrlidir”...

Bir gün deyirlər, filan şey xeyirlidir, bir həftə sonra deyirlər ki zərərlidir. Burda informasiya savaşı getdiyini bilməyə nə var? Bir transmilli şirkət öz məhsulunu satmaq üçün alimlərə pul verib saxta rəy alır, rəqibi isə pulla başqa alimləri kirayə tutub bunu “elmi şəkildə” araşdırtdırır və əksini dedirtdirir.

Genetik modifikasiyanın bəşəriyyətin və təbiətin əsas məbədinə həyasızcasına təcavüz olduğunu bilmirlərmi guya? Son illərdə bitki, heyvan aləminə müdaxilə insanın genetik strukturunu dağıtmaq və bioloji sistemin darmadağın edilməsinədək irəiləyib. GMO əkinlər dünyanı başına götürür, təbii sortlar yoxa çıxarılır, torpaq təbii təyinatını dəyişir, ekoloji faciə yaranır, insan qidası süniləşir və orqanizm təbiətdən almağa məcbur oldugu elementləri ala bilmir. Nəticələri ağır olur...

Son kəşflərin birmənalı və istisnasız olaraq hamısı insan sağlamlığına, təbiətə ciddi zərər verir. Məsələn, mobil rabitə, nüvə obyektləri, GMO, kimvəyi istehsalın əhatə dairəsinin genişlənməsi, LSD, kompyuter, 3-5-7...D filmlərin psixikaya dağıdıcı təsiri kimi saysız problemlər elmin “nailiyyətləridir”. Soyuducu sistemlərin hətta ozon qatını belə dağıtdığını söyləmək isə artıqdır.

Qısası, hazırda elm davamlı olaraq insanlara və təbiətə zərər verən texnologiyalar kəşf etməklə məşğuldur. Halbuki, zərərsiz texnologiyalar da yaratmaq olar, sadəcə onlar lazımi qədər çox və sürətli gəlir vermir bunlara.

Mobil telefonların dəhşətli zərərlərini ortaya çıxaran alimlərin iri mobil telefon istehsalçıları tərəfindən pulla ələ alınması və ciddi rüşvət müqabilində bunu gizlətməsi rəzaləti ortaya çıxandan sonra artıq heç nəyə inanmağa dəyməz. Özü də bu rüsvayçılığın ÜST-də baş verməsi lap təəccüblü idi.

Bu sonuncu virus epidemiyası, qlobal pandemiya və vaksinlərlə bağlı yaşananlar elmin vəziyyətinin ağır olduğunu bir daha ortaya qoydu. Əjdaha boyda dünya elmi dünyadakı bütün kütləsi 1 qram olan adi bir virusla bacarmadı. Ziddiyyətli açıqlamalar, bir-birinə tərs elmi nəticələr və s. Bir normal vaksin düzəldə bilmədi dünya elmi.

Sizi bilmirəm, şəxsən mən daha elmə inanmıram, daha doğrusu elmə inanıram, onun səmimiliyinə inanmıram. Elmi mərkəzlər konkret olaraq qlobal dairələrin əlində alətdir. Ziddiyyətli informasiya axını içində başımız itəndə bütün bu məlumatları bir kənara qoyub, dədə-babadan sınaqdan çıxmış ənənəvi sağlam həyat tərzini, qidalanma, təbii geyim, təbii ev quruluşunu... xatırlayıram, heç bir maddi marağı olmayan köhnə alimlərimizin dedikləri ilə, indiki pula satılan Qərb “alimlərinin” dediklərini tutuşdururam.

Əvvəllər elmin nailiyyətləri, alimlərin fəaliyyət məqsədləri ancaq xalqın, ölkənin inkişafı üçün səmimi olaraq ortaya qoyulurdu. Bu alimlərinin kəşfləri insanların sağlam həyatını və düzgün inkişafını təmin etməyə yönəlirdi.

Müasir kapitalizm dünyasında hər şey biznes maraqları naminə qurban verilir. Əsas məsələ mümkün qədər tez və sürətlə, daha çox pul qazanmaqdan ibarətdir. Loru dildə desək, Qərb elmi mərkəzləri böyük korporasiyaların əlində alətdir. Qərb alimlərinin böyük əksəriyyəti ələ alınmış və qlobal maqnatların biznes maraqlarına tabe etdirilmişdir.

Hansısa bir dərman preparatı uzun onilliklər insanların qarnına doldurulur və sonra məlum olur ki, bunun çox dəhşətli zərərləri var imiş. Kofenin, çayın, şokaladın, çörəyin, şəkərin, ətin, duzun... xeyiri və zərəri haqda uzun sürən elmi informasiya müharibələri gedir. Əmilər, xalalar, bir qərara gəlin, bunlar zəhərlidir, yoxsa xeyirli?

Moşenniklərə inanmayın, yalnız təbii, müdaxilə olunmamış qidalara, təbii geyimlərə, təhlükəsiz texnologiyalara üstünlük verin. Məsələn, mikrodalğalı sobada yeməyi qızdırmaq kimi dəhşətli cinayətə yol verməyin. Mobil telefonu beyninizə sıxıb uzun-uzadı qeybət eləməyin. Süni qidalardan, GMO məhsullardan aralı durun, saxta dərmanların əvəzinə təbii müalicə üsullarına üstünlük verin. “Televizorda deyiblər”, “İnternetdə yazıblar ki” söhbətini qurtarın. Yoxsa, vəziyyət yaxşı olmayacaq...

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...