SOSİAL

11 gəncimiz iş təcrübəsi qazanmaq şansı əldə edib
15:27 / 14.08.2009

18px16px14px12px

Biznes şirkətləri “Junior Achievement” (JA) təşkilatı vasitəsilə məktəblilərə iş təcrübəsi əldə etmək üçün imkanlar yaradır. SİA-nın məlumatına görə, cari ilin iyun-avqust ayları ərzində Azərbaycanda fəaliyyət göstərən beş beynəlxaq şirkət JA Azərbaycan təşkilatının proqram və yarışlarında qalib gələn 11 orta və ali məktəb şagirdinə JA “İşə Hazırlıq” proqramı çərçivəsində iş təcrübəsi imkanı yaradıb. Layihə StatoilHydro, ABŞ Beynəlxalq İnkişaf Agentliyi, Chevron, Baker & McKenzie, Amerika Ticarət Palatasının Azərbaycan nümayəndəliyi və Bakcell şirkətləri tərəfindən maliyyələşdirilən “Məktəblərdə İqtisadiyyatın Tədrisi” proqramının tərkib hissəsidir. JA “İşə Hazırlıq” proqramı JA proqramlarının ən müvəffəqiyyətli məzunlarını iş təcrübəsi ilə təmin edir, onlara işə hazırlıq bacarıqlarını tədris edir və gələcək karyeralarını dəyərləndirməyə imkan verir.

 

 2009-cu ilin proqramı çərçivəsində 11 məktəbli Statoil Hydro Azərbaycan, KCA Deutag, McDermott Caspian Contractors, Deloitte & Touche və Access Bank-da təcrübə keçmək imkanı əldə edib. Şirkətlərin işçilərinin müşahidəsi ilə şagirdlər şəxsi-dəyərləndirmə aparır, şöbələrdə gedən işlər haqqında öyrənir, işçilərin vəzifə öhdəlikləri və işə götürənin gözləntiləri barəsində məlumat alırlar.

 

 Qeyd edək ki, proqramın nəticəsi olaraq, şagirdlər keçdikləri təcrübə proqramı ilə bağlı şəxsi fəaliyyət planı da hazırlayacaqlar.





Mənbə: Nailə Ağaverdiyeva   |  Oxunub: 103 dəfəGeriYuxarı

Şərhiniz

Yazın









Ünvan: Ü. Hacıbəyov küçəsi, 32; Bakı, Azərbaycan
Tel.: (+994 12) 598-33-90  ;  Faks: (+994 12) 493-11-62  ;  Email: info@sia.az

Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
© 2008, SİA.AZ Xəbər Agentliyi, Bütün hüquqlar qorunur.

 

  Rambler's Top100

11007
628479
7872331