Məktəb dərsləri internetdə MÜSAHİBƏ

 

«Kaspi» Təhsil Mərkəzinin “OxuTV” adlı yeni layihəsi şagird, valideyn və müəllimlərə böyük kömək olacaq
 
«Kaspi» Təhsil Mərkəzi yeni layihəyə start verəcək. «Oxu TV» adlanan layihə Mərkəzin sponsorluğu və təşəbbüsü ilə ərsəyə gələcək. Təhsil mərkəzinin direktoru Elnur Əliyev layihəni şərh edərkən bunun təkcə şagird və abituriyentlərə deyil, həm də valideynlərə ünvanlandığını bildirib. 
 
Dəyərli vəsait
 
- «Oxu TV» layihəsinin əsas məramı nədir?
 
- “Oxu TV” offline rejimdə işləyən təhsil televiziyası layihəsidir. Ancaq istənilən vaxt istənilən təhsil haqqında videolara baxmaq mümkün olacaq. «Oxu TV» bütün fənlər üzrə məktəb proqramını əhatə edən və müasir metodlardan istifadə olunaraq hazırlanan video dərslərdir. Bu dərslər məktəblər tərəfindən sərbəst şəkildə və pulsuz olaraq izlənə biləcək. Layihənin əsas məqsədi məktəblərdə təhsilin keyfiyyətinin artırılmasına kömək etməkdir. Belə ki, layihə orta məktəb proqramına uyğun olaraq bütün fənnlərdən video dərslər təqdim edəcək. Bu dərslər ölkənin seçilmiş müəllimləri tərəfindən hazırlanır. İlin müəllimi mükafatı ilə təltif olunmuş pedaqoqlar, təhsildə uzun müddət pedaqoji təcrübəsi olan müəllimlər bu dərsləri aparırlar. Həmin dərslər pulsuz olaraq internet vasitəsilə veriləcək. 
 
- Əgər məktəblərdə həmin dərslər keçirilirsə, onların təkrarı nəyə lazımdır və ya bu dərslərin məktəblərdəki dərslərdən fərqi nədən ibarət olacaq?
 
- İlk növbədə dərslərin hamısında müasir texnologiyalardan istifadə olunur. Ağıllı lövhələrdən istifadə edilir, dərslər prezentasiya şəklində izah olunur, dərslərin daha maraqlı və izahlı keçməsi üçün müəllimlər tərəfindən slaydlar hazırlanır. Bu, dərslərin daha maraqlı keçməsi məqsədini güdür və orta məktəblərdə keçirilən dərslərdən fərqlənir. Hazırlayacağımız dərslər məktəblərdəki dərslərə alternativ deyil. Biz demirik ki, uşaqlar dərsə getməsinlər və yalnız bu layihəni izləsinlər. Sadəcə, hər bir məktəbli dərsdə iştirak etməsinə baxmayaraq, nəsə yadından çıxa bilər, ev tapşırığını yerinə yetirərkən nəyisə bacarmaz və s. Bu baxımdan həmişə onun ixtiyarında «Oxu TV»də istədiyi mövzunun video dərsi olacaq. Şagird bütün fənlər üzrə istədiyi dərsə baxa biləcək və nəyisə başa düşməyibsə, təkrar baxmaq imkanı olacaq. Hətta, bir neçə dəfə təkrar qulaq asa biləcək. Və ya bəzən şagirdlər hansısa səbəbdən dərsə gələ bilmirlər. «Oxu TV» onlara imkan yaradacaq ki, sinif yoldaşlarından geri qalmamaq üçün proqramdan istifadə edə bilsinlər. Eləcə də Təhsil Nazirliyi gələcəkdə proqramdan geri qalan və eləcə də tətildə şagirdlərin dərsləri təkrar etmələri üçün geniş şəkildə istifadə edə bilər. Düşünürük ki, bu, gənc müəllimlər üçün də dəyərli vəsaitdir. Hər il çoxlu sayda məzunlar ali məktəbləri bitirərək müəllim kimi məktəblərə göndərilir və ya Təhsil Nazirliyində müəllim kimi yenidən imtahan verərək işə başlayırlar. Ancaq onlar təcrübəsiz olurlar. Düzdür, onlar dərs proseslərində müəyyən təcrübə qazana bilərlər. Ancaq dərslərə hazırlaşarkən təcrübəli müəllimlərin dərslərinə baxıb təkmilləşə bilərlər. Bu, məktəblərdə dərslərin keyfiyyətinin artırılmasına kömək edəcək. Layihənin daha bir önəmli cəhəti budur ki, bu, «İlin müəllimləri»ni təbliğ edəcək. Bu, digər müəllimlər üçün də bir örnəkdir. Həmçinin valideynlər uşaqlarına kömək etmək istərkən vəsaitlərdən istifadə edə bilərlər. O cümlədən, şagirdlər burada özlərinə səhifə aça bilərlər. Onların izlədiyi dərslərin dəqiqəsi, hansı dərslərə baxmasının və s. statistik göstəricisi də həmin səhifədə yer alacaq. Bu o deməkdir ki, valideyn öz uşağına bu saytdan istifadə etməsini tövsiyə edə bilər. Həmçinin övladının hansı dərslərə baxıb-baxmaması ilə maraqlana bilər. Dərslərin hər birinin sonunda şərh yazmaq imkanı var ki, şagird də, valideyn də ona anlaşılmayan və ya xoşa gəlməyən mövzu ətrafında öz rəylərini yaza bilər. Portal əsasən məktəblərlə işləyəcək. Hər bir məktəb öz tədbirini portalda yerləşdirə bilər. Bu, məktəblər arasında xoş rəqabət də yaradacaq. Burada həmçinin valideynlərə aid bir səhifə olacaq ki, onlar öz suallarını verə və psixoloq məsləhəti ala biləcəklər. Verilən suallar həftədə bir dəfə psixoloq tərəfindən cavablandırılacaq. 
 
Bütün mövzuların əhatəsi
 
- Fənlər üzrə dərslərin videçarxlarının hazırlanma mexanizmi necə həyata keçiriləcək? Canlı, yoxsa montaj şəklində?
 
- Əslində auditoriyada çəkilməsi daha yaxşı olardı. Biz nəzərdə tutmuşuq ki, bütün dərslər çəkilsin. Nümunə dərslər olduğu halda, sizin dediyiniz kimi həyata keçirilə bilərdi. Məsələn, 5-10 dərs müxtəlif müəllimlərin real auditoriyada keçdiyi dərslər zamanı çəkilişlərdən ibarət ola bilərdi. Ancaq bizim layihədə müəllimlər sanki auditoriya qarşısında olaraq dərsləri hazırlayırlar. «Oxu TV»nin studiyasında çəkiliş qrupu dərsləri çəkir, müəllimlərin iştirakı ilə dərslər montaj olunur, proqramın hər bir mövzusu üzrə 10-15 dəqiqəlik çarxlar olur. Hesab edirik ki, məktəbdə keçirilən 45 dəqiqəlik dərsin yeni dərs hissəsi 10-16 dəqiqə arasında baş verir. Həmin izah da videoçarxda əksini tapır. 
 
- Bəs mövzular necə seçiləcək? Bütün fəsillər üzrə dərslər əhatə olunacaqmı?
 
- Əlbəttə. Bu, əslində çox ağır bir işdir. Amma biz düşünürük ki, məktəb fənlərinin hamısı hər sinif üzrə ayrıca fənnə daxil olacaq və mövzular sıra ilə davam edəcək. Tədris planında olan bütün mövzular əhatə ediləcək. 
 
- Sizə elə gəlmirmi, bu, haradasa uşaqları öz dərslərinin həllini asanlaşdırmaq üçün imkan ola bilər? Məsələn, əgər müəllim şagirdə riyaziyyat və ya fizikadan çalışma veribsə və o, özü bunu sərbəst həll edə bilmirsə?
 
- Layihədə çalışmanın həllindən daha çox izahı olacaq. Tələbə başa düşmədiyi təqdirdə, çalışmanı edə bilməyəcək. Sadəcə, bu çarxlar onların hər hansı dərsi daha yaxşı başa düşməsinə kömək edəcək. Ev tapşırıqlarının həlli isə göstərilməyəcək. 
 
Faydalı işə sövq
 
- Bilirsiniz ki, bu gün şagirdlər daha çox dil kurslarına üz tuturlar. Bu baxımdan layihənin hansı avantajları olacaq?
 
- İngilis dili üçün orta məktəb proqramını tam əhatə edəcək nəzəri hissə olacaq. Bütün qrammatik qaydalar müəllimlər tərəfindən izah olunacaq. Hər bir izahın gedişatı boyu müxtəlif nümunələr, materiallar təqdim olunacaq. Hər bir dərsin sonunda ev tapşırığı bölməsinin olması planlaşdırılır. Yəni tələbə dərsi necə mənimsəməsi ilə bağlı həmin çalışmanı yerinə yetirib özünü yoxlaya bilər. Elə bilirəm ki, xarici dil öyrənmək istəyən məktəblilər üçün daha yaxşı zəmin yaranacaq. 
 
- Heç şübhəsiz, şagirdlər istənilən saytda həm də əyləncə axtarırlar. Onların bu marağını da nəzərə almısınızmı?
 
- Təbii ki, internetin müsbət tərəfləri ilə bərabər mənfi tərəfləri də var. Uşaqlar əyləncələrə də meyl edə bilirlər. Ancaq bizim dəstəklədiyimiz layihə onları faydalı bir işə sövq etməyə çalışır. Belə ki, əyləncə tərəfini də nəzərə alaraq biz layihəyə bir sıra əlavələr etmişik. Məsələn, tələbələr burada özlərinin bacarığını nümayiş etdirə bilərlər. Əgər kiminsə yaxşı şeir demək, rəsm çəkmək, rəqs etmək, hər hansı idman növü ilə məşğul olmaq və s. bacarığı varsa, bunu layihədə yerləşdirib ictimailəşdirə bilər. Həmçinin bütün bunları öz dostları arasında yaya bilər. Bu baxımdan layihə həm də şəbəkə xarakteri daşıyacaq. 
 
- Abituriyentlərin ali məktəblərə hazırlanması ilə bağlı layihədə hər hansı bölmə nəzərdə tutulubmu?
 
- Adətən şagirdlər yuxarı siniflərdə daha ciddi oxumağa başlayırlar. Bu baxımdan bu layihə onlar üçün qiymətli resurs ola bilər. Düzdür, əslində layihə birbaşa onlara hədəflənməyib, məktəb proqramını əhatə etməyə ünvanlanıb. Qəbul imtahanlarına da məktəb proqramlarındakı mövzular düşür, amma qısa şəkildə. Buna baxmayaraq, bütün abituriyentlər məktəbi bitirib instituta hazırlaşarkən yaxşı vəsait əldə etmək imkanı qazanırlar. Əgər onların maddi imkanları hazırlıq kurslarına getməyə imkan vermirsə, bu layihə onlar üçün alternativ ola bilər. Eyni zamanda, ucqar rayonlarda yaşayan şagirdlər üçün də layihə proqrama dəstək xarakteri daşıya biləcək. 
 
- Gələcəkdə layihənin online rejimdə fəaliyyəti nəzərdə tutulurmu?
 
- Əslində online layihələr nəzərdə tutulub. Online olduğu halda, bu, kurs şəklini alacaq. Məsələn, bu, çox populyar olan fənnlər üzrə – xarici dil, riyaziyyat ola bilər. Tələbələr əvvəlcədən qeydiyyatdan keçməklə səhifəyə daxil ola bilərlər. Bəlli günlərin bəlli saatlarında burada online dərslər keçirilə bilər ki, tələbələr suallarını verib müzakirələrə qoşularlar. 
 
- “Oxu TV” nə vaxt istifadəyə veriləcək?
 
- Layihənin ilkin istifadəsi fevral ayının əvvəlində baş tutacaq. Artıq 200-ə yaxın dərs hazırlanıb başa çatmaq üzrədir. Bütün fənlər üzrə mövzular fevral ayına qədər başa çatmasa da, təxminən 30-35 faiz həcmdə material tələbələrin ixtiyarında olacaq. Bu layihə davam edəcək və digər dərslər də əlavə olunacaq. Yəqin ki, 2013-cü ilin sonuna qədər baza materialı tam hazır olacaq. 
 
Təranə Məhərrəmova

kitab
16:35 02.03.2014

men oxu tv yə girə bilmirem mene komek edin

nazli
18:02 24.02.2014

menim adim nazli men 5 ci sinifde oxuyaram derslerimi yaxwi oxuyuram ama ela oxumaq isterdim ve caliwiram ki gelecekde yaxwi senet sahibi olum..

nezrin
18:02 24.02.2014

menim adim nezrin 9 cu sinifde oxuyuram ve ela oxuyuram inwallah universetede daxil olaram..

gunay
11:32 10.01.2014

xahish edirem yazardiniz

gunay
11:32 10.01.2014

men hansi kursa hansi fenlerden testlerin dushduyunu istemishdim

günay
11:15 10.01.2014

hansi kursa hansi fenlerin dushduyunu bimek isteyirem

eliquliyeva fidan
18:42 11.12.2013

butun fenler testleri

saho
20:10 07.11.2013

tarix ve fizika

emine
11:44 19.09.2013

azərbaycan dilini əla oxumaq istəyirəm

emine
11:35 19.09.2013

qədim hansı suala cavab verir nolar kömək edin xaiş edirəm

Togrul
10:31 21.05.2013

Indi girdim ve gordum ki, English dilinden zeifem.

cesaret
10:18 12.05.2013

adim cesaret isteyirem ki butun fenleri yaxwi yox super bilim

meysare
15:39 10.04.2013

poffffff

CAVID
14:24 30.03.2013






RIYAZIYYAT TESTI ETMEK ISTEYIREM

samxal
13:03 18.03.2013

azerbaycan dili

ümüd
19:30 16.03.2013

adim ümüd 4-cü sinifdə oyuyuram istəyirəm ki riyaziyyat məsələləri haqqinda yaxşı olamə

cavid
21:57 14.03.2013

riyaziyyat testinde yaxsi olmaq isteyirem

toma
16:40 04.02.2013

yox

toma
16:28 04.02.2013

evvvv

Şərh yaz