Əmək haqları artırılacaq

Vüqar Bayramlı: “Pensiyaların məbləğindəki artım, əvvəlki illərlə müqayisədə daha çoxdur»

 

Müsahibimiz Vüqar Bayramlıdır
          
          - Vüqar müəllim, Azərbaycan dövlətinin pensiya siyasəti ümumilikdə pensiyaçıların yaşayış səviyyəsinin təminatına  nələri verir?
          
          - 2000- ci ildən Azərbaycanda pensiya islahatları keçirilməyə başlanılıb. Bunun davamı olaraq, 2006-cı ildən pensiya islahatlarında kifayət qədər ciddi dəyişikliklər edilib. Pensiya məbləğinin yenidən hesablanması ilə bağlı 2011-ci ildən  etibarən ölkə Prezidenti İlham Əiyevin xüsusi qərarı olmuşdu. Hal-hazırda pensiya məbləğinin müəyyənləşdirilməsində yeni sistem tətbiq edilməyə başlanılır ki, bu da daha çox işləyən vətəndaşın daha çox pensiya alması ilə nəticələnir. Bu ilin 9 ayının yekunlarına görə, pensiya xərclərində kəskin artımlar müşahidə edilib. Belə ki, 2012-ci il yanvar və sentyabr aylarından dövlət tərəfindən pensiyaların verilməsinə 1 milyard 833 milyon manat vəsait ayrılıb ki, bu da əvvəlki illərlə müqayisədə 20,3% çoxdur. Belə ki, büdcədən ayrılan  vəsaitlərin 90%-i pensiyaların verilməsinə xərclənir. Həm 2012-ci, həm də 2013-cü ilin dövlət büdcəsində pensiyaların veilməsi üçün daha çox vəsaitin ayrılması nəzərdə tutulur. Pensiyaların məbləğindəki artım, əvvəlki illərlə müqayisədə daha çoxdur. Azərbaycanda pensiya islahatları yalnız pensiyaların hesablanması qaydasını dəyişmədi. Eyni zamanda, vətəndaşların daha çox pensiya almasına xidmət edən bir islahat oldu. Bu da birmənalı şəkildə vətəndaşların pensiya sistemindən daha çox faydalanmasına gətirib çıxardı. Eləcə də, pensiyaların əvvəlki illlərlə müqayisədə daha çox reqistrasiya olunmasına səbəb oldu. Pensiya məbləğlərinin reqistrasiya olunması, birmənalı şəkildə imkan verir ki, istehlak qiymətinin dəyişməsindən asılı olaraq vətəndaşlar sığortalana bilsin. 2012-ci il dövlət büdcəsində sosial müdafiə xərcləri sayı kifayət qədər çoxdur. Dövlət büdcəsindən sosial müdafiə xərclərinə 1,8 milyard manat vəsaitin ayrılması, güman olunur. Bu vəsait isə 2012-ci il dövlət büdcəsi vasitəsilə sosial layihələr, həmçinin, əmək haqlarının artırlmasına yönəldiləcək. Dövlət Sosial Müdafiə Fondunda müşahidə edilən artımlar daha çox vəsaitin sosial istiqamətə yönəlməsinə imkan verir. Son illər aparılan islahatları qiymətləndirsək, görərik ki,  dəyərli islahatlardan biri pensiyaların hesablanama qaydasının dəyişməsi olub. Bu da vətəndaşlara daha çox pensiya verilməsinə səbəb olub. Pensiyaların verilməsi və hesabalanması Avropa, eləcə də, beynəlxaq standartlar uyğunlaşdırılıb.
          
          - Gələn il Azərbaycanda əmək pensiyaların həcmində artım olacağı bildirilir. Bu hansı formada həyata keçiriləcək və bu zaman insanların əmək fəaliyyəti, yaşayış vəziyyəti nəzərə alınacaqmı?
          
          - Pensiya  islahatları  məhz əmək fəaliyyətinə uyğun olaraq hesablanır. Burada pensiyanın artım prinsipi daha çox əmək stajı hesabına tətbiq olunur. Buna əsasən 2013-cü ildə pensiya məbləğlərinin artırılması proqnozlaşdırılır. Güman olunur ki, dövlət büdcəsinin gəlirləri 3 milyard manat artıq olacaq. Bu da pensiya məbləğlərinin artırılmasına kömək edəcək. Gələn il pensiya məbləğlərinin təxminən 15% artması proqnozlaşdırılır. Bu isə həm əmək pensiyalarına, həm də, yaşa görə pensiyaların artırılmasına şamil ediləcək. 
          
          - Pensiyaçıların digər ölkələrlə müqayisədə aylıq haqlarının fərqli olduğu qeyd olunur. Azərbaycan pensiyaçıları digər ölkələrin pensiyaçıları ilə müqayisədə nəyi deməyə əsas verir?
          
          - 2011-ci ildən etibarən Azərbaycanda pensiyaların hesablanması qaydası tətbiq edildikdən sonra, pensiyaların məbləğində 40% artım müşahidə edilib. Region dövlətləri ilə müqayisədə adambaşına düşən pensiya miqdarına görə Azərbaycan Qafqazda birinci yeri tutur. Belə ki, Gürcüstan və Ermənistanda orta pensiya məbləği Azərbaycanla müqayisədə iki dəfə azdır. Orta Asiya ölkələri ilə müqayisədə isə, Azərbaycan daha yüksək pensiya məbləğinə malikdir. Beynəlxalq təşkilatların qiymətləndirilmələrinə əsasən Azərbaycan MDB ölkələri arasında ilk 3–lüyə daxildir. Belə ki, Azərbaycanda pensiyaların məbləği 200 dollara yaxınlaşır. Bu isə MDB ölkələri arasında  Azərbaycanın ilk yerlərdən birini tutmağa imkan verir.
          Ruqiyyə Cəfərova
SES QEZETI

Şərh yaz