15 gündə 36 nəfər yol qəzasında ölüb

16 Dekabr 2019 14:45 (UTC+04:00)

Dekabr ayının 15 günündə respublikanın avtomobil yollarında 29 yol-nəqliyyat hadisəsi baş verib. SİA Daxili İşlər Nazirliyinin (DİN) saytında yer alan məlumatlara istinadən bildirir ki, yol qəzalarında 36 nəfər ölüb, 12 nəfər isə xəsarət alıb.