Ermənistanın paytaxtı bu gün işıqsız qalacaq

16 Dekabr 2019 12:03 (UTC+04:00)

Bu gün İrəvanda və 7 bölgədə elektrik kəsilməsi gözlənilir. SİA Ermənistana məxsus 1in.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Ermənistan Elektrik Şəbəkələri” QSC məlumat yayıb.

Məlumatda bildirir ki, dekabrın 16-da Ermənistan paytaxtında və 7 bölgədə elektrik enerjisi dayandırılacaq. Planlı təmir işləri adı ilə elektrik enerjisinin kəsilməsi nəticəsində paytaxt sakinləri işıqsız qalacaq. Əslində, qəzaların baş verməməsi üçün elektrik enerjisinin dayandırılacağını bəyan edən qurum bir sözlə paytaxtda qəzalı vəziyyəti etiraf edir.