28 yaşlı qadın özünü binanın 4-cü mərtəbəsindən yerə atıb
16 Dekabr 2019 04:48 (UTC+04:00)
Bakının Xətai rayonunda intihara cəhd hadisəsi baş verib.
SİA xəbər verir ki, hadisə Məhəmməd Hadi küçəsində qeydə alınıb.
İlkin məlumata görə, 1991-ci il təvəllüdlü Tağıyeva Ülviyyə Əvəz qızı əri ilə yaşadıqları evdə mübahisə edib. Nəticədə qadın əri tərəfindən döyülüb. Buna görə də Ü.Tağıyeva özünü yaşadığı binanın 4-cü mərtəbəsindən yerə atıb.
Yaralı ağır vəziyyətdə 3 saylı şəhər kliniki tibbi mərkəzə çatdırılıb.
Xətai Rayon Prokurorluğunun əməkdaşları Ü.Tağıyevanın ərini saxlayıb. Araşdırma aparılır.