Türkiyənin Tekirdağ şəhərində ölkəyə qanunsuz yollarla daxil olmuş 26 miqrant saxlanılıb

15 Dekabr 2019 18:30 (UTC+04:00)

Türkiyənin Tekirdağ şəhərində ölkəyə qanunsuz yollarla daxil olmuş 26 miqrant saxlanılıb.

SİA xəbər verir ki, onlardan 17-si Pakistan, 9-u isə Banqladeş vətəndaşıdır. Saxlanılanların qanunsuz yollarla Türkiyədən başqa ölkələrə keçmək istədikləri bəlli olub.

Miqrantlar aidiyyəti qurumlara təhvil veriliblər.