Niyaməddin Musayev: "Ölüm xəbərimi yayan şəxs alçaq və vicdansızdır" AÇIQLAMA

12 Dekabr 2019 10:24 (UTC+04:00)

Xalq artisti Niyaməddin Musayevin ölüm xəbəri yayılıb. SİA-ya məsələni aydınlaşdırmaq üçün ifaçının özü ilə əlaqə saxlayıb. Əməkdaşımıza açıqlama verən Musayev xəbəri təkzib edib: "Yayılan xəbər yalandır. Sağ-salamatam. Hər şey yaxşıdır. Ölüm xəbərimi yayan şəxs alçaq və vicdansızdır".