ABŞ və Taliban arasında sülhə nail olmaq məqsədilə planlaşdırılan danışıqlar ərəfəsində birləşmiş ştatların Kabilin şimalındakı Baqram əyalətində yerləşən hərbi aviabazasına hücum edilib.
SİA "sozcu.com.tr” saytına istinadən istinadən xəbər verir ki, hücum zamanı bir nəfər ölüb, çoxlu sayda insan yaralanıb.
Z.Mujahidin tərəflər arasında atışmanın uzun müddət davam etdiyini desə də, ABŞ-ın rəhbərlik etdiyi hərbi koalisiya tərəfindən hücumun qısa zamanda dəf edildiyini bildirilib.
Koalisiya qüvvələri hücum zamanı yerli sakinlər üçün tikilən tibbi bazanın da bir hissəsinin dağıdıldığını açıqlayıb. Taliban bu xəbəri təkzib edib.
Baqram əyalətinin qubernatoru Abdul Şukur Qudosinin açıqlamasına görə, atışma zamanı 87 nəfər yaralanıb, bir qadın ölüb, koalisiya qüvvələrindən isə 5 hərbçi yaralanıb.
Parvan əyalətinin qubernatorunun sözçüsü Vahid Şahkar isə bazaya daxil olmaq istəyən terrorçularla koalisiya qüvvələri arasında 30 dəqiqəlik silahlı qarşıdurma olduğunu deyib.
Əfqanıstan Müdafiə Nazirliyinin açıqlamasında qeyd edilib ki, xəsarət alanların əksəriyyəti əfqanlardır.