“Azərbaycanda islahatlar düzgün istiqamətdə aparılır”. Bunu “Report”un Fransa bürosuna AŞPA-nın Azərbaycanda demokratik institutların fəaliyyətinə dair həmməruzəçisi Stefan Şenak bildirib.
“Biz bu gün Azərbaycanda cinayət hüququnun mətnlərini öyrənirik. Nəyin cinayət hesab olunub-olunmadığını yoxlayırıq. Uşaq məhkəmə sisteminin hansı qanunlardan ibarət olduğunu araşdırırıq. Azərbaycanda islahatlar düzgün istiqamətdə aparılır. Bu dəyişikliklər hüquq sistemini daha müstəqil və humanist etməlidir”, - deyə o qeyd edib.