Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edib. SİA-nın verdiyi məlumata görə, ziyarətdə Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvləri, deputatlar və digər şəxslər iştirak ediblər.
YAP rəhbərliyi Heydər Əliyevin məzarı önünə gül dəstələri düzüblər. Daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarını ziyarət edərək gül dəstələri qoyublar.