"Bu gündən parlament seçkilərinin rəsmi startı başlayır" Əli Əhmədov

11 Dekabr 2019 11:11 (UTC+04:00)

Yeni Azərbaycan Partiyası vaxtı çatanda parlament seçkilərinə öz namizədlərinin siyahısını elan edəcək. Bu gündən qanunvericiliyə uyğun olaraq parlament seçkilərinin rəsmi startı başlayır. SİA-nın verdiyi məlumata görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-İcra katibi Əli Əhmədov deyib.

O qeyd edib ki, bu siyahı əsasında da seçki kampaniyası uğurla həyata keçiriləcək: “Bizim vaxtımıza hələ var. Siyahının üzərində iş gedir. Vaxtı çatanda siyahı açıqlanacaq. YAP-ın namizədlər siyahısında tanınmış adamlar olacaq. Hesab edirəm ki, burada yeni və əvvəlki tərkibdə olan simaları da görəcəksiniz. Düşünürəm ki, vətəndaşlarımız YAP-ın təqdim edəcəyi siyahının kifayət qədər ümidverici və Azərbaycan parlamentinin fəaliyyətinin daha da artırılmasına kömək edəcək insanlar olacağını görəcək və inanacaqlar".