Tərtər sakini ağzından güllələnib

9 Dekabr 2019 22:32 (UTC+04:00)

Tərtər rayonunda güllələnmə hadisəsi baş verib. "Report" un Qarabağ mərkəzinin verdiyi məlumata görə, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb. Belə ki, həmin küçədə yaşayan Behbudov Mənsur Oktay oglu ağzından güllələnib.

Onun kim tərəfindən və hansı səbəbdən güllələndiyi məlum deyil. Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyəti ağır olduğu üçün Gəncə şəhərində yerləşən özəl klinikalardan birinə aparılıb. Faktla bağlı araşdırma aparılır.