Çində keçmiş məmur rüşvətə görə ömürlük həbs edilib

2 Dekabr 2019 22:08 (UTC+04:00)

Çin Milli Enerji Administrasiyasının keçmiş sədri Nur Bekri korrupsiya ittihamı ilə aparılan cinayət işi üzrə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilib. AZƏRTAC xəbər verir ki, Şenyan şəhəri xalq məhkəməsi belə bir qərar çıxarıb. Qərara əsasən, Nur Bekri ömürlük siyasi hüquqlardan məhrum edilib və bütün şəxsi əmlakı müsadirə olunub. Məhkəmənin gedişində keçmiş məmurun 1998-2018-ci illərdə müxtəlif vəzifələrdə çalışarkən səlahiyyətlərindən sui-istifadə etməklə, qeyri-qanuni yolla külli miqdarda vəsait əldə etdiyi sübuta yetirilib. Onun qanunsuz yola əldə etdiyi varidatın 79,1 milyon yuan (11,26 milyon ABŞ dolların) olduğu bildirilir.

Nur Bekri məhkəmə prosesində ittihamları qəbul edərək peşman olduğunu bildirib, qanunsuz yola əldə etdiyi əmlakı dövlətə təqdim edib. O, apellyasiya şikayəti verməyəcəyini deyib.