Çin ABŞ-a sanksiya tətbiq edib

2 Dekabr 2019 14:29 (UTC+04:00)

Çin Amerikanın “Human Rights Watch” hüquq müdafiə təşkilatına qarşı sanksiya tətbiq edib, habelə Birləşmiş Ştatların gəmilərinin Honkonq limanına daxil olması müraciətlərinə baxılmasını dayandırıb. SİA Sinxua agentliyinə istinadla xəbər verir ki, bu tədbirləri dekabrın 2-də Pekində keçirilən brifinqdə Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hua Çunyin bəyan edib.

Çin rəsmisi ABŞ-ın Hüquq müdafiə təşkilatı və Amerika gəmilərinə qarşı bu tədbirlərin həyata keçirilməsini Vaşinqtonun Honkonq hadisələrinə müdaxiləsi ilə əsaslandırıb.