Dilarə Seyidzadəyə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib - SƏRƏNCAM

2 Dekabr 2019 13:15 (UTC+04:00)

Prezident İlham Əliyev Dilarə Seyidzadəyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Azərbaycan Respublikasında dövlət qulluğunda göstərdiyi xidmətlərə görə Dilarə Bağır qızı Seyidzadəyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.