Bərdə sakini qızdırmadan ölüb

22 Noyabr 2019 22:05 (UTC+04:00)

Bərdə rayonunda 26 yaşlı oğlan qızdırmadan ölüb. "Report"un Qarabağ Mərkəzinin məlumatına görə, rayonun Qaradəmirci kənd sakini, 1993-cü il təvəllüdlü Pərviz Məmmədovun bədən temperaturu qəflətən 42 dərəcəyə qalxıb. O, Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır