Kolumbiyadakı iğtişaşlarda 3 nəfər ölüb

22 Noyabr 2019 20:12 (UTC+04:00)

Kolumbiyada iğtişaşlarla nəticələnən etirazlar zamanı ən az üç nəfər həlak olub. Bu barədə Noticias RCN telekanalına Kolumbiyanın Müdafiə naziri Olmes Truhilyo deyib.

“Kolumbiya hakimiyyəti iki nəfərin ölümünü təsdiqləyib. Onlardan biri Buenaventura, digəri isə Kandelariya bələdiyyəsində həlak olub”, - deyə nazir bildirib. Onun sözlərinə görə, iğtişaşlar zamanı, həmçinin 273 nəfər, o cümlədən 148 hərbçi və üç polis xəsarət alıb.