Daha bir senator qondarma erməni soyqırımı qətnaməsini BLOKLADI

22 Noyabr 2019 14:19 (UTC+04:00)

ABŞ Senatının daha bir üzvü – Devid Perdyu qondarma erməni soyqırımı 150 saylı qətnaməsini bloklayıb. SİA xəbər verir ki, bu barədə news.am saytı ermənilərin ABŞ-da fəaliyyət göstərən “Hay dat” təşkilatına istinadən məlumat yayıb. Qeyd olunur ki, qətnamə öz məzmununa görə, Nümayəndələr palatasının 296 saylı qətnaməsi ilə bənzərdir. Perdyu qeyd edib ki, hazırda qanunların qəbulu üçün doğru zaman deyil.

Qeyd edək ki, bir neçə gün əvvəl digər senator – Lindsi Qrem Ərdoğan-Tramp görüşündən sonra qondarma soyqırımı ilə bağlı qətnaməyə veto qoymuşdu.

Xatırladaq ki, ABŞ-n Nümayəndələr palatası oktyabrın 30-da qondarma erməni soyqırımının tanınması ilə bağlı 296 saylı qətnamə qəbul etmişdi.