Tolik: "Könül Təranə ilə küsülüdür, amma toyda eyni masada oturur"

22 Noyabr 2019 14:07 (UTC+04:00)

Müğənni Təranə Qumral verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, o, küsülü olduğu Əməkdar artist Könül Kərimova haqda fikirlərini bildirib: "Bir dəfə ona sual vermirlər ki, mənimlə nəyi şərik düşüb? Harasa gedib, Könülü görəndə, hamıya salam verirəm. Heç bir söz-söhbətimiz, davamız olmayıb. Amma mənimlə danışmır. Danışmamağının səbəbi hamıya məlumdur".

O, aparıcı-prodüser Tarix Əliyevin (Tolik) "Könül Kərimova ilə Təranə danışmır. Amma Şəmkirdə toyda müğənnilər üçün stol açılıb. Orada Cabbar Musayev, Könül Kərimova, Təranə Qumral, Musa Musayev eyni masada oturublar. Toyda bir stolda oturur, verilişə gəlmirlər" sözlərinə belə cavab verib: "Çünki orada pul var. Deyə bilməz ki, Təranə gəlirsə, mən yoxam. Ev sahiibi də deyəcək ki, heç gəlmə. Beləcə, Könülün pulu batacaq.

Mənə verilişlərdə kimin olması maraqlı deyil. Öz yerimdəyəm, sözümü deyirəm və özümə güvənirəm. Könül Kərimova verilişdə olsa, məni çağırsalar, gələrəm. Kompleksim yoxdur".