Qaradağda yaşayış binasında yanğın olub

21 Noyabr 2019 22:21 (UTC+04:00)

Bakı şəhərinin Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ynğın olub. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, ümumi sahəsi 70 kv.m olan 3 otaqlı mənzilin 1 otağında televizor, kondisioner və ev əşyaları 2 kv.m sahədə yanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb