Bakıda bahalı avtomobil paytaxtın mərkəzini iflic etdi

21 Noyabr 2019 17:33 (UTC+04:00)

Bakıda bahalı avtomobil prospektdə hərəkəti iflic edib.

Bakı Nəqliyyat Agentliyindən SİA-ya verilən məlumata görə, hadisə paytaxtın Əziz Əliyev küçəsində baş verib: "Bir az əvvəl təxminən saat 17:00 radələrində Əziz Əliyev küçəsində "Porsche Cayenne" markalı avtomobilinin sürücüsü nəqliyyat vasitəsini yolun hərəkət hissəsində park edərək bu və digər küçədə hərəkəti tam iflic edib. Nəticədə İstiqlaliyyət küçəsindən Neftçilər prospekti istiqamətində hərəkət tamamilə dayanıb. Bununla da sürücü yüzlərlə insanın tıxacda qalmasına səbəb olub".

Agentlik əməkdaşlarının müdaxiləsi ilə yolda hərkət bərpa edilib. Nəqliyyat vasitəsi qanunvericilikdə nəzərdə tutulan qaydada mühafizə olunan duracağa aparılıb.