Balıkesirdə zəlzələ həyəcanı

21 Noyabr 2019 17:01 (UTC+04:00)

Türkiyənin Balıkesir bölgəsində ard-arda iki dəfə zəlzələ baş verib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, təxminən 15 dəqiqə məsafə ilə ilki 3,9 bal digəri isə 3,3 bal gücündən zəlzələ qeydə alınıb.
Zəlzələ yerin 11,46 kilometr dərinliyində baş verib və episetri Biqadic bölgəsi olub. Türkiyə saatı ilə ilk zəlzələ 15:15-də, ikinci zəlzələ isə 15:27-də qeydə alınıb.

Aysel Məmmədova