Erməni uşaqları qanunsuz olaraq xaricə aparılır

21 Noyabr 2019 16:50 (UTC+04:00)

Artıq 10 ildir ki, erməni yetimləri qanunsuz olaraq müxtəlif ölkələrə aparırlar. SİA rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə "Aykakan Zhamanak" qəzeti yazır.

Qəzet Ermənistan Milli Təhlükəsizlik Xidmətinə istinadən yazır ki, 2009-cu ildən bəri Ermənistandakı uşaq evlərindən olan uşaqlar müxtəlif ölkələrdən, o cümlədən ABŞ-dan gələn xarici vətəndaşlar tərəfindən qanunsuz olaraq övladlığa götürülür.

Məlumatda məmurların saxta valideyn razılığı sənədlərindən istifadə etdiyi qeyd olunur. Polisin başlatdığı cinayət işində şübhəli şəxslər yoxdur, lakin bir sıra vəzifəli şəxslər dindirilib.

Nəşr xarici vətəndaşlar tərəfindən övladlığa götürülmüş uşaqların vəziyyətini öyrənmək üçün Ermənistan Ədliyyə Nazirliyinə müraciət edib. Müraciətə cavab olaraq bildirilib ki, bir qayda olaraq ABŞ, İtaliya, İsveçrə və Fransadakı müvafiq şöbələr hər il övladlığa götürülmüş uşaqların yaşayış şəraiti barədə məlumat verirlər.