Türkiyə Suriya ilə bağlı hansı addımı atacaq? ŞƏRH-ÖZƏL

21 Noyabr 2019 15:48 (UTC+04:00)

“Türkiyə XİN başçısı Möövlud Çavuşoğlunun son bəyanatı əslində yenilik deyildi. Çünki, ABŞ və Rusiya razılaşmanın qarantı kimi çıxış etsələr də, tələblər tam şəkildə yerinə yetirilməyib”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlzadə deyib.

O bildirib ki, son aylar ərzində həm ABŞ, həm Rusiya ilə imzalanan razılıqlara əsasən Suriya Türkiyə sərhədində təhlükəsizlik zolağı yaradılmalı idi.

Onun sözlərinə görə, təxminən 30-35 kilometr ərazini əhatə edəcək bu zolaqda heç bir kürd birləşməsi fəaliyyət göstərə bilməzdi: “Lakin ABŞ və Rusiya razılaşmanın qarantı kimi çıxış etsələr də, tələblər tam şəkildə yerinə yetirilməyib və bu, Türkiyənin təhlükəsizliyinə müəyyən qədər təhdidlər yaradır”.

Hazırda Türkiyənin cənub şərqində genişmiqyaslı anti-terror əməliyyatlarının həyata keçirildiyini deyən İ. Vəlizadə söyləyib ki, bu əməliyyatın əsas məqsədi regionda olan PKK terrorçularını zərərsizləşdirməkdir: “PPK terrorçuları Suriyada fəaliyyət göstərən YPG terrorçuları ilə əlbirdilər. Türkiyə ərazisində aparılan bu əməliyyatın tam uğurlu olması üçün Türkiyə-Suriya sərhədi yaxınlığında fəaliyyət göstərən terror qruplarının zərərsizləşdirilməsi vacibdir. Ona görə də Türkiyənin XİN başçısı Sona bəyanatı ilə bir daha demək istəyir ki, əgər Suriya ərazisində həmin terror qruplaşmalar fəaliyyət göstərsə və ya fəaliyyətlərini davam etdirsə, o zaman Türkiyə yenidən hərbi əməliyyatlar aparmağa məcbur olacaq”.