Uşu üzrə İpək Yolu açıq Avrasiya turniri keçiriləcək

21 Noyabr 2019 10:39 (UTC+04:00)

Noyabrın 26-dan dekabrın 1-dək Türkiyənin paytaxtı Ankarada uşu üzrə beynəlxalq İpək Yolu açıq Avrasiya turniri keçiriləcək. SİA-nın məlumatına görə, turnirdə ölkəmizi yeniyetmə, gənclər, böyüklər və qadınlardan ibarət 15 nəfərlik komanda təmsil edəcək.

Qeyd edək ki, beynəlxalq yarışda ölkəmizdən başqa, İran, İraq, Əfqanıstan, Qırğızıstan, Belçika, Yunanıstan, Rusiya, Gürcüstan və Qazaxıstandan 600-ə yaxın idmançı qüvvəsini sınayacaq.