Bakıda orqan musiqisi səslənib

21 Noyabr 2019 10:35 (UTC+04:00)

Höte İnstitutunun Bakı filialının və Yevangelist Lüteran Kilsəsinin dəstəyi ilə Kamera və orqan musiqisi zalında alman orqançalan və dirijor Günter Kennelin konserti olub. SİA-nın məlumatına görə, gecədə dünya şöhrətli bəstəkarların əsərləri səslənib. Musiqiçinin çıxışı hərarətlə qarşılanıb.