Əfqanıstanlı politoloq Rusiyanın Kabildəki səfirliyinin yaxınlığında qətlə yetirilib

21 Noyabr 2019 05:48 (UTC+04:00)
Əfqanıstanlı politoloq Vahid Mojdeh Rusiyanın Kabildəki səfirliyinin yaxınlığında naməlum şəxslər tərəfindən öldürülüb. SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin nümayəndəsi Nəsrət Rəhimi bildirib. "Gecə saat 5 radələrində politoloq Vahid Mojdeh Kabildəki Rusiya səfirliyi yaxınlığında öldürüldü. Polis araşdırma aparır", - agentliyin mənbəyi bildirib.