Joze Mourinyonun transfer etmək istədiyi ilk oyunçu məlum olub
21 Noyabr 2019 08:41 (UTC+04:00)
İngiltərənin "Tottenhem" klubuna baş məşqçi təyin olunan Joze Mourinyonun transfer istəyi məlum olub.
SİA xəbər verir ki , portuqaliyalının London klubunda görmək istədiyi ilk oyunçu Qaret Beyldir.
Mütəxəssis İspaniya "Real"ında işləri yaxşı getməyən Uels yığmasının ulduzunun transferini artıq bu qışda reallaşmasını istəyir.
Qeyd edək ki, Q.Beyl 2007-13-cü illərdə "Tottenhem"də oynayıb.