Qaradağ rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən avtoqəza baş verib

21 Noyabr 2019 01:04 (UTC+04:00)

Bakının Qaradağ rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən avtoqəza baş verib.

SİA xəbər verir ki, hadisə Müşfiqabad qəsəbəsində qeydə alınıb.

1991-ci il təvəllüdlü Əhmədov Teyyub Qəşəm oğlu yolun müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub. Yaralı 1 saylı Xəstəxanaya yerləşdirilib.