Kosmin Kontra Rumıniya millisindən getdi

20 Noyabr 2019 23:20 (UTC+04:00)

Futbol üzrə Rumıniya milli komandasının baş məşqçisi Kosmin Kontra istefa verib. 43 yaşlı çalışdırıcı Avro-2020-nin seçmə mərhələsinin sonuncu turunda İspaniyaya məğlub olduqları matçdan (0:5) sonra bu qərarını açıqlayıb. O, uğursuz nəticələrə görə azarkeşlərdən üzr istəyib: "Mən yığmadan gedirəm. Azarkeşlərdən üzr istəyirəm, bundan artığını edə bilmədim. Millinin baş məşqçisi olduğum üçün heç vaxt peşman olmadım. İspaniya ilə oyundan qabaq gedəcəyimlə bağlı qərar vermişdim”.