Mourinyo “Tottenhem”də nə qədər qazanacaq?

20 Noyabr 2019 21:30 (UTC+04:00)

“Tottenhem”in yeni baş məşqçisi təyin edilən portuqaliyalı Joze Mourinyonun London klubundakı qazancı məlum olub. “Daily Mail” nəşrinin yazdığına görə, portuqaliyalı mütəxəssisin illik əmək haqqı 17.5 milyon avro olacaq. Mourinyonun sələfi Maurisio Poçettinonun illik maaşı isə 9 milyon avro idi. Beləliklə, Mourinyo Poçettinodan iki dəfə çox qazanacaq.
Xatırladaq ki, 2014-cü ildən “Tottenhem”i çalışdıran Poçettino komandanın uğursuz çıxışlarına görə ötən gün istefaya göndərilib. Mourinyo ilə isə 2023-cü ilin yayına qədər müqavilə imzalanıb.