Sumqayıtın şəhər status almasının 70 illiyi münasibəti ilə tədbir keçirilib FOTOLAR

20 Noyabr 2019 16:51 (UTC+04:00)

Prezident İlham Əliyevin 14 fevral 2019-cu il tarixli Sərəncamına əsasən Sumqayıt şəhərinin 70 illik yubileyi təntənəli şəkildə keçirilib. SİA-nın məlumatına görə, Sumqayıt Dövlət Dram Teatrın qarşısındakı meydanda açıq havada Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən respublikanın tanınmış incəsənət ustalarının iştirakı ilə geniş konsert proqramı təşkil olunub.