Bu il Azərbaycanda 104 mindən çox yeni körpə doğulub

20 Noyabr 2019 13:27 (UTC+04:00)

Cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 104 702 doğulan körpə qeydə alınıb. SİA-nın məlumatına görə, əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə (14,1) qalır.

Doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarıdır. Körpələrdən 2454-ü əkiz, 72-si üçəm, 4-ü isə dördəm doğulanlardır.

2019-cu ilin doqquz ayında ölkədə 42 017 ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9-dan 5,7-yə düşüb.