Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Daxili İşlər Nazirliyinin Balakən Rayon Polis Şöbəsindən Mahamalar kəndi ərazisində əl qumbarasının tapılması barədə məlumat daxil olub.
SİA ANAMA-ya istinadən bildirir ki, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Balakən Rayon Polis Şöbəsinin və Səhiyyə Nazirliyinin təcili və təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri, Balakən Rayon Polis Şöbəsinin və Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən birlikdə ərazidə Balakənçayın sahilinə baxış keçirilib.
Əl qumbarasının ətrafında 100 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.