Türkiyə: “Rusiya və ABŞ razılaşma üzrə öhdəliklərini icra etməlidir"

19 Noyabr 2019 22:20 (UTC+04:00)

"Terror qruplaşmalarının dinc sakinlərə qarşı həyata keçirdiyi hücumların qəbul edilən heç bir tərəfi yoxdur. Onları dayandırmaq məsuliyyəti Rusiya və ABŞ-ın üzərinə düşür." Bu sözləri Türkiyə Prezidenti Administrasiyasının sözçüsü İbrahim Qalın deyib. “Rusiya və ABŞ razılaşma üzrə öhdəliklərini icra etməlidir. Bu yöndə yenidən onlara çağırış edirik”, - deyə Qalın bildirib. Qalın əlavə edib ki, Ərdoğan NATO sammitinə ciddi hazırlıq görərək yollanacaq.