Xəzər dənizində batan şəxsin cəsədi tapılıb

19 Noyabr 2019 18:27 (UTC+04:00)

Noyabrın 18-də Xəzər dənizində Abşeron Neft-Qaz Çıxarma İdarəsinin estakadasının yaxınlığında batan 1965-ci il təvəllüdlü Şərifov İlqar Şirin oğlunun axtarışları başa çatıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya bildiriblər ki, İ.Şərifovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.