“Müxalifət liderləri baş verənlərə görə, məsuliyyət daşıyırlar” RƏY-ÖZƏL

19 Noyabr 2019 16:52 (UTC+04:00)

"Söyüşləri ilə müzakirə mövzusu olan şəbəkə tamamilə kirminallaşmış və Azərbaycanın əleyhinə müxtəlif dairələrin təsiri altında fəaliyyət göstərir". Bunu SİA-ya açıqlamasında “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev deyib.

Onun sözlərinə görə, onlar gündəmə gələndən Azərbaycan ictimaiyyəti etirazını bildirib, bu dəstənin ölkədəki siyasi münasibətlər sisteminə çox eybəcər ton gətirdiklərini diqqətə çatdırıb: "Bununla bağlı müxtəlif müraciətlər olub, “söyüş çete”sinin düzgün yola dəvət olması ilə bağlı müxtəlif işlər həyata keçirilib. Amma təəssüf ki, onlar öz yollarından dönmədilər və çirkin fəaliyyətlərini davam etdirdilər. Bir sözlə, onların səsləndirdikləri heç bir fikir cəmiyyət tərəfindən normal qarşılanmır. Bu baxımdan, onlar artıq özlərini xərclənmiş, bitirmiş insanlardır. Amma ümumilikdə könül bulandırmaqda davam edirlər. Bu proseslərin ilk vaxtlarından biz qeyd edirdik ki, bunlar kimlərinsə təsir dairəsindədirlər, tapşırıq icra edirlər. Avropadakı “söyüş çetesi”nin üzvlərinin mühacir biznesi ilə məşğul olmaları ilə bağlı faktların gündəmə gəlməsindən sonra artıq dəqiqləşdi ki, bunlar qeyd etdiyimiz kimi məqsədli şəkildə çalışıb. Bir qrup mühacirət etdikləri ölkələrdə siyasi təqiblərə məruz qaldıqlarını əsaslandırıb sığınacaq almaq üçün cəhd göstərib, bir qrup müxtəlif dairələrin əlində alət rolunu oynayıb. Beləliklə də bunların müstəqil fikir sahibi olmadığı bir daha aydınlaşmış oldu. Radikal müxalifət liderləri də baş verənlərə görə məsuliyyət daşıyırlar. Çünki prosesin ilk günlərindən onlar “söyüş çete”sinin üzvlərini az qala qəhrəman kimi təqdim edirdilər, onlar leksikonundakı söyüşə etirazlarını bildirmirdilər və hətta bundan sanki həzz alırdılar. Bu baxımdan düşünmək olar ki, radikalların da bu məsələlərlə bağlı məsuliyyətləri var".