Cüdo hakimlərimiz beynəlxalq yarışları idarə ediblər

19 Noyabr 2019 15:02 (UTC+04:00)

Ötən həftənin sonu yeniyetmə cüdoçular arasında Avropa Kuboku və bir neçə beynəlxalq yarış keçirilib. SİA-nın məlumatına görə, Azərbaycanın hakimləri də beynəlxalq turnirləri idarə edən ədalət təmsilçiləri arasında yer alıblar. Beynəlxalq dərəcəli hakim Rəşad Əliyev Macarıstanın Qyor şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kuboku yarışını idarə edib.

Əli Kərimov isə Ukraynanın Zaporojye şəhərində baş tutan yeniyetmə cüdoçuların beynəlxalq turnirində ədalət təmsilçisi olub.