Macarıstan səfiri ADU tələbələri ilə görüşüb

19 Noyabr 2019 13:50 (UTC+04:00)

Beynəlxalq əlaqələr şöbəsi və Macar dili və mədəniyyəti mərkəzinin birgə təşkilatçılığı ilə Macarıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Viktor Sederkenyi Azərbaycan Dillər Universitetində (ADU) olub. ADU-dan SİA-ya verilən məlumata görə, səfir universitetdə fəaliyyət göstərən “Səfir saatı” layihəsi çərçivəsində universitetin tələbələri ilə görüşüb.

Səfir Viktor Sederkenyi görüşdə şəxsi təcrübələri, təhsil aldığı dövrlər, diplomatik fəaliyyəti, eyni zamanda Macarıstan-Azərbaycan əlaqələri haqqında danışıb.