Tiflisdə etirazçılar yenidən parlament binasında çadır qurublar

19 Noyabr 2019 10:16 (UTC+04:00)

Tiflisdə hökumət əleyhinə mitinq keçirən şəxslər bir gün əvvəl xüsusi təyinatlılar tərəfindən dağıdılsa da, bu gün yenidən onlarla şəxs parlament binasının qarşısında toplaşaraq çadırlar qurublar. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, etirazçılar 10 çadır quraraq gecəni orada keçiriblər.

“Biz “Gürcü arzusu” istefa verməyənə qədər etiraz aksiyamızı davam etdirəcəyik. Rustaveli prospekti çadır şəhərciyinə çevriləcək”,- deyə etirazçı Madiv Maxaradze jurnalistlərə açıqlamasında deyib.