“Mən Gürcüstandakı vəziyyəti narahatlıqla izləyirəm" - ATƏT-in Baş katibi

19 Noyabr 2019 05:02 (UTC+04:00)

ATƏT-in Baş katibi Tomas Qreminger Gürcüstandakı vəziyyətdən narahat olduğunu və vəziyyətin dialoq yolu ilə həll olunacağına ümid etdiyini bildirib.

SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, o bu barədə şəxsi “Twitter” səhifəsində yazıb.

“Mən Gürcüstandakı vəziyyəti narahatlıqla izləyirəm. Ümid edirəm ki, bütün tərəflər dinc etirazı təmin edə, dialoq və qanuna hörmət yolu ilə irəliyə doğru addım ata biləcəklər”, - deyə Qreminger deyib.