Qubada avtomobil aşıb, azyaşlı ölüb

19 Noyabr 2019 00:17 (UTC+04:00)

Quba rayonunda avtomobil aşıb, azyaşlı ölüb, yaralananlar var. "Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun İspik kəndi ərazisində baş verib. Belə ki, Elnur Qeybəli oğlu Qədirovun idarə etdiyi "VAZ-2106" markalı minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb.

Nəticədə Quba rayonunun Zərdabi qəsəbə sakini, 2018-ci il təvəllüdlü Polad Şaban oğlu Poladov ölüb. Onun nənəsi Vəzifə Buxsay qızı Qədirova və anası Yeganə Əmrulla qızı Poladova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Qeyd edək ki, hadisə qonaq getdikləri İspik kəndindən qayıdarkən baş verib. Faktla bağlı araşdırma aparılır.