Gömrük Akademiyasının Tələbə Gənclər Təşkilatının hesabat iclası keçirilib

18 Noyabr 2019 19:12 (UTC+04:00)

Dövlət Gömrük Komitəsinin Akademiyasının Tələbə Gənclər Təşkilatının (TGT) icraedici strukturunun hesabat iclası keçirilib. İclası giriş sözü ilə açan Akademiya rəisinin Təlim-tərbiyə üzrə müavini Şəmsəddin Abışov ölkəmizdə aparılan gənclər siyasətindən və dövlətin gənclərə qayğısından söz açıb. Ümummilli lider Heydər Əliyevin gənclər siyasətinin əsasını qoyduğunu, Prezident İlham Əliyevin bu siyasəti uğurla davam və inkişaf etdirdiyini deyib. O, gənclərin bütün sahələrdə inkişaf etməsi üçün dövlət tərəfindən hər cür lazımi şəraitin yaradıldığını vurğulayıb. Şəmsəddin Abışov Gömrük Akademiyasında gənclərə yaradılan şəraitdən söz açaraq, Komitədə aparılan islahatlara diqqət çəkib. O, TGT-nin fəaliyyəti haqqında danışaraq, tələbələrin nizam-intizamlı olmalarının vacibliyini vurğulayıb.

Sonra TGT sədri Orxan Yusifov hesabatla çıxış edib. O, iyul-oktyabr ayları ərzində təşkilatın gördüyü işlər haqqında məlumat verib.

Akademiya rəisinin Elmi işlər üzrə müavini Cəmilə Namazova TGT-nin fəaliyyətini və gördüyü işləri yüksək qiymətləndirib. Bununla yanaşı, o, TGT-nin üzvlərinə qarşıya qoyulan bütün istiqamətlər üzrə fəaliyyəti artırmağı tövsiyə edib. Cəmilə Namazova TGT-nin Tələbə Elmi Cəmiyyəti (TEC) ilə qarşılıqlı əməkdaşlıqda fəaliyyətini zəruri hesab edib.

İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynab Kazımova öz çıxışında tələbələrin sosial aktivliklərinin artdığını deyərək, müasir dövrdə bunun vacib olduğunu bildirib. O, TGT strukturunda təmsil olunan müvafiq bölmələrə, xüsusən mətbuat xidmətinə şöbə ilə əlaqələri genişləndirməyi tövsiyə edib.

İclasda, həmçinin TGT-nin “Ədəbiyyat” klubunun sədri Cəbrayıl Məmmədzadə, o cümlədən digər klubların təmsilçiləri çıxış edərək, hesabat dövrü ərzində həyata keçirdikləri işlər barədə danışıblar.