Psixoloqların bilik və bacarıqları qiymətləndiriləcək

18 Noyabr 2019 17:00 (UTC+04:00)

Dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək. Təhsil Nazirliyindən SİA-ya verilən xəbərə görə, diaqnostik qiymətləndirilmənin cari ilin dekabr ayında keçirilməsi nəzərdə tutulub.

Diaqnostik qiymətləndirilmə zamanı psixoloqlara 60 test tapşırığı təqdim olunacaq. Namizədlər imtahan zamanı 90 dəqiqə ərzində test tapşırıqlarını cavablandıracaqlar. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək.