“Söyüş qrupunun həbsi müxalifətin ifşası deməkdir” RƏY-ÖZƏL

18 Noyabr 2019 16:56 (UTC+04:00)

"Heç kəsə sirr deyil ki, güclü və inkişaf etmiş Azərbaycan dövlətinin uğurlarına qısqanclıq hissi ilə yanaşan qüvvələr var". Bunu SİA-ya açıqlamasında TOHGMİB-nın sədri Emin Həsənli deyib. Onun sözlərinə görə, bu qüvvələr həm daxildə, həm də ki, xaricidə mövcuddur: "Burda mühacir adı ilə gedən həmin şəxslər ölkəmiz haqqında xoşagəlməz fikirlər səsləndirir, şər və böhtanlar səsləndirilər. Təbii ki, həmin müxalif söyüş qrupu təhqir və böhtanlarını özləri, öz ağılları ilə etmirlər. Onları bu kimi anormala vasitələrdən istifadə etməyə təhrik edən məkrli qüvvələr var. Hansı ki, həmin pozucu qüvvələr ölkəmizin əldə etdiyi uğurlardan ciddi narahatçılıq keçirilər. Söyüş qrupuna qəpik-quruş ödəməklə onları Azərbaycanımızın uğurlarına kölgə salmağa təhrik edirlər. Artıq onların bir qrupu qanunsuz əməllərlə məşğul olduqları üçün Almaniya polisi tərəfindən həbs olunublar. Hansı onların əksəriyyəti Azərbaycan müxalifət partiyaları tərəfindən saxta partiya vəsiqələri verilərək xaricə göndəriliblər. Bu baxımdan demək olar ki, xaricdə həbs olunan söyüş qrupunun qanunsuz əməllərinə görə, AXCP, Müsavat kimim partiyalarda məsuliyyət daşıyırlar. Bu partiyaların rəhbərliyi də, baş verən hadisəyə görə, istintaq cəlb edilərək, dindirilməli və layiq olduqları cəzanı almalıdırlar. Xaricdəki söyüş qrupunun həbsi əslində Azərbaycandakı müxalifətin ifşası deməkdir. Çünki, həmin xaricdəki söyüş müxalifətini saxta partiya vəsiqələri ilə təmin edib, Avropa göndərən, məhz müxalifət rəhbərliyi olub. Əlbəttə ki, bu işdə kimin əli varsa mütləq cəzalanacaqdır. Çünki adları çəkilən şəxslər çox ciddi hüquqi yanlışlıqlara, səhvlərə, cinayət əməllərinə yol veriblər".

GÜLYANƏ