Voleybol üzrə U-16 komandamız EEVZA çempionatında yarışacaq

18 Noyabr 2019 16:21 (UTC+04:00)

Noyabrın 23-28-də Tbilisidə 16 yaşadək qız voleybolçular arasında Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatı keçiriləcək.

SİA-nın məlumatına görə, çempionatda 9 ölkənin milli komandası mübarizə aparacaq.

Millimiz A qrupunda Gürcüstan, Latviya, Rusiya və Ukrayna yığmaları ilə qarşılaşacaq. B qrupunda isə Belarus, Estoniya, Litva və Polşa seçmələri üz-üzə gələcəklər.

Qeyd edək ki, yarışa hazırlıq davam edir. Çempionatda çıxış edəcək millimizin baş məşqçisi gənc, təcrübəli və voleybol üzrə qadınlardan ibarət yığmamızın məşqçisi Emin Əbilovdur.