Prezident İlham Əliyev Qətər səfirinin etimadnaməsini qəbul edib FOTO

18 Noyabr 2019 12:55 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-də Qətər Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzabın etimadnaməsini qəbul edib.